PDF Oxu

Mədəniyyət

  • 11

"Gəncləri sülh üçün birləşdiririk"

"Gəncləri sülh üçün birləşdiririk"
Batumidə Avropa Gənclər Parlamentinin Gürcüstan milli ofisinin təşkilatçılığı ilə II Beynəlxalq Batumi Forumu keçirilir. "Gəncləri sülh üçün birləşdiririk" şüarı altında keçiriləcək forumun əsas məqsədi gəncləri parlament proseduraları ilə tanış etmək və onların bu sahədə olan bilik və bacarıqlarını artırmaqdır. Forumda Azərbaycan başda Fərid Məmmədov - Avropa Gənclər Parlamentinin Azərbaycandakı milli təşəbbüs qrupunun prezidenti və həmtəsisçisi - və Nadir Saraclı - Avropa Gənclər Parlamentinin Azərbaycandakı milli təşəbbüs qrupunun həmtəsisçisi - olmaqla on nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbir zamanı keçiriləcək "Eurovillage" və "Euroconcert" zamanı Azərbaycan guşəsi yaradılacaq, Azərbaycan haqqında müxtəlif nəşrlər paylanılacaq, milli mətbəx nümunələri nümayiş olunacaq və Azərbaycan musiqisi canlı şəkildə ifa olunacaq. Qeyd edək ki, tədbir Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin şəxsi dəstəyi ilə reallaşıb.

Digər xəbərlər