Ceysmoloqların iştirakı ilə tədqiqat işləri aparılıb
Gürcüstan Respublikası ərazisində bir sıra dövlətlərin seysmoloqlarının iştirakı ilə müxtəlif elmi istiqamətlərdə tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin yerinə yetirilməsində Azərbaycan, Gürcüstan və ABŞ seysmoloqları iştirak etmişlər. Bu elmi-təcrübi işlərin yerinə yetirilməsində Azərbaycanı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri Etibar Qaravəliyev təmsil etmişdir.
Cavaxeti ərazisində yerləşən Saqamo gölünün və onun yaxınlığında yerləşən iki kiçik gölün sahilində aparılmış elmi-tədqiqat işlərinin məqsədi müasir geofiziki alət və proqram təminatlarından istifadə edərək ərazidə yerləşən geoloji qırılmaların yerinin, onların həndəsi ölçülərinin, ərazidə yerləşən qrunt laylarının tipinin, bu laylarda seysmik dalğaların yayılma sürətinin və s. parametrlərin təyin olunmasıdır. Bu məqsədlə seysmik kəşfiyyat, elektromaqnit dalğaları vasitəsilə ərazinin tomoqrafiyası, elektrik zondlama, sualtı tomoqrafiya kimi tədqiqat üsullarından istifadə olunmuş və müvafiq nəticələr əldə edilmişdir. Bütün bu işlər Gürcüstan Respublikasının Seysmik Monitorinq Mərkəzinin rəhbərliyi və təşkilatçılığı altında yerinə yetirilmişdir.