İstehsalata buraxılacaq filmlər üçün sinopsis müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyi cari ilin yanvar ayında 2011-ci ildən istehsalata buraxılacaq filmlər üçün sinopsis müsabiqəsini elan etdikdən sonra nazirliyin Kino üzrə Ekspert Şurasına 78 bədii filmin sinopsisi təqdim edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov məlumat verib. Birinci tur seçimindən sonra 78 sinopsisdən 11-i ("Yüksək gərginlik altında" - Asif Rüstəmov, "Şərq xalçası" - İlham Rəhimov, "Dolu" - Aqil Abbas, "Çölçü" - Vidadi Həsənli, "Mənim zolaqlı dostum" - Adil Ələkbərov, "Caz şəhəri" - Leyla Əfəndiyeva, "Köhnə ev" - Mənsur Yusifov, "Alagöz" - Əliağa Məmmədov, "Kəndirbazın şəhəri" - Yavər Rzayev, "Teatr meydanı" - X.Abdullayev, E.Alıyev, N.Bədəlov, "Proses" - Rüstəm İbrahimbəyov,) növbəti mərhələyə keçib. Ekspert Şurası müsabiqənin şərtlərinə uyğun olaraq ikinci turda 11 sinopsisə ədəbi ssenarilərin yazılmasını qərara alıb. Yusif Şeyxovun bildirdiyinə görə, artıq ikinci turda qəbul olunan 11 sinopsisdən 9-nun bədii ssenarisi yazılıb və göstərilən tarixədək Ekspert Şurasına təhvil verilib.