"Sahə" filmi "Oskar"a təqdim olunub
Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar"a təqdim olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə" filmi Oskar Komitəsində keçirilən iclasın qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına veriləcək. "Sahə" filminin namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" kateqoriyasında "Oskar" mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. "Sahə" bədii filmində (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışılır. Film Azərbaycan və Gürcüstannın müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin, "Paşa Bank"ın iştirakı ilə ərsəyə gətirilib.