PDF Oxu

Mədəniyyət

  • 15

Müslüm Maqomayev adına 1-ci Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək

Müslüm Maqomayev adına 1-ci Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək
Oktyabrın 23-24-də Moskvanın "Krokus Siti Holl" konsert zalında Müslüm Maqomayev adına 1-ci Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, müsabiqə zəmanəmizin dahi müğənnilərindən biri, soydaşımız Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilib. Müsabiqənin məqsədi milli musiqi mədəniyyəti ənənələrinin davam etdirilməsi, istedadlı vokalçılara dəstək göstərilməsidir. Müsabiqənin şərtlərinə görə, müxtəlif ölkələrin iştirakçıları həm klassik, həm də müasir repertuardan nümunələr təqdim etməlidirlər. İfaçıları simfonik orkestr müşayiət edəcək. Müsabiqənin laureatları pul mükafatlarına (30 min ABŞ dollarınadək) layiq görüləcək, Qala-konsertdə və Rusiyanın ən məşhur səhnələrində, habelə, Müslüm Maqomayevin Vətəni Azərbaycanda, Bakıda keçiriləcək konsertlərdə iştirak etmək imkanı qazanacaqlar. Qeyd edək ki, müsabiqə Müslüm Maqomayevin yaxın dostu, tanınmış iş adamı Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu tərəfindən keçirilir.

Digər xəbərlər