PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi zənginləşir

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi zənginləşir
Tanınmış şair, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdinin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində yaradılan şəxsi fonduna yeni sənədlər daxil ediləcək. Yeni sənədlər şairin oğlu Şamil Mehdi tərəfindən təqdim olunacaq. Hələ sağlığında ikən, Famil Mehdi özü şəxsi fondunun yaradılmasını istəmişdi. Onda fonda çox az sənədi qəbul olunmuşdu. Amma 75 illiyi ilə əlaqədar fondu zənginləşdirmək məqsədilə Famil Mehdinin ailəsinə müraciət edilib. Hazırda Şamil Mehdi sənədləri toplayıb hazırlayır. Sentyabrın sonuna - Famil Mehdinin vəfat gününə qədər yeni sənədlər fonda daxil ediləcək. Hazırlanma prosesində olan yeni sənədlərin sayı 1000-dən çoxdur. Bunların arasında Famil Mehdinin şeirləri, əlyazmaları, məktubları, pedaqoji fəaliyyətinə aid sənədlər var. Famil Mehdinin Tofiq Bayram, Fərman Kərimzadə, Qabil, Qulu Xəlilov, Nəriman Həsənzadə, Əliağa Kürçaylı və digər tanınmış şəxslərlə birgə fotoları da diqqəti cəlb edir.

Digər xəbərlər