PDF Oxu

Mədəniyyət

  • 17

Mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq davam edir

Mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq davam edir
Azərbaycan Respublikası son dövrlərdə Avropa Şurası ilə mədəniyyətlərarası dialoq sahəsində sıx əməkdaşlıq qurmuşdur. Həyata keçirilən tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı mühüm rol oynayır. Konfransda əsası qoyulan Bakı prosesinin uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən silsilə tədbirlər həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən, Avropa Şurasının mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv olmaq təşkilatın rəhbərliyi tərəfindən ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüslərinə görə Azərbaycan tərəfinə tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Azərbaycan 2010-cu ilin 1 avqust tarixindən Avropa Şurasının Şimal-Cənub Mərkəzinə üzv qəbul edilmişdir. Azərbaycanın Mərkəzə üzvlüyü ilə bağlı mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mərkəz, həmçinin, 2011-ci ilin aprel ayında Bakıda təşkil edilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesində iştirak edir.

Digər xəbərlər