"Sahə" bədii filminin premyerası olacaq
"Sahə" bədii filminin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, film Azərbaycan və Gürcüstanın müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə etdiyi müəmmalı səyahətindən bəhs edir.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa edirlər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur. "Sahə" hekayəsi maraqlı janrlar kəsişməsini - fövqəltəbiilik ilə misteriyanı - özündə birləşdirir və bu da, öz növbəsində, diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir. Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır.
Gürcüstanda keçirilən İFA-SC seminarı zamanı "Sahə" filminin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat əsərin ssenarisini oxumaq imkanı olmuşdur. Ölkənin bugünkü reallığına qeyri-adi yanaşmanı əks etdirən personajlar və süjet yaxşı işlənib. Janrın ən yaxşı ənənələrinə söykənən bu hekayə dünya səviyyəsində çox geniş auditoriya kütləsi üçün nəzərdə tutulur və maraqlı beynəlxalq müvəffəqiyyətə imkanlar açır. Bu beynəlxalq mətbuatın, həmçinin, dünyada keçirilən festivalların diqqətini cəlb etmək istiqamətində mühüm addım ola bilər.
Filmin məzmununda qeyd olunur ki, məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Nərimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə layihəsidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm kino lentinə çəkilmişdir. Film Azərbaycan və qismən rus dilində (subtitrlər ingilis dilində olacaq) yayımlanacaq. Layihə Kler Douns (ssenari müəllifi, Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) konsultasiyaları əsasında İFA-SC treninq proqramı çərçivəsində işlənib hazırlanmışdır. Filmin janrına gəlincə isə "Sahə" drama-müsibətdir, coğrafi mənşəyinə, universal mövzularına, misteriyaya görə, "art-house" hesab oluna bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.
Filmin auditoriyasına gəlincə isə 25-54 yaş arası kişi və qadınlar üçün nəzərdə tutulub. Beynəlxalq bazarda auditoriya başlıca olaraq, Avropa art-house auditoriyası hesab olunsa da, bununla belə, film universal məkanına görə daha geniş auditoriyanı cəlb edə biləcək.