Üzeyir Hacıbəylinin "On il" adlanan felyetonu aşkarlanıb
Üzeyirşünas, "Nurlu qələm ustası" mükafatı laureatı Səadət Qarabağlı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaları nəticəsində Üzeyir Hacıbəylinin "Molla Nəsrəddin" dərgisində dərc olunmuş daha bir felyetonunu aşkarlayıb. İndiyədək "Molla Nəsrəddin"dən başqa yerdə çap edilməyən bu felyeton "10 il" adlanır. Felyetonda Üzeyir bəyin dönə-dönə vurğuladığı və yaradıcılığı boyu mübarizə apardığı qadın azadlığı məsələsindən bəhs edilir. Xatırladaq ki, buna qədər Üzeyir bəyin "Molla Nəsrəddin"də işıq üzü görən 7 felyetonu onun axtarışları nəticəsində üzə çıxarılıb. Onlar kitab şəklində çap olunub. Bu, artıq 8-ci felyetondur. Üzeyir bəyin "Molla Nəsrəddin" jurnalında heç bir yazısı nəşr olunmadığı bu günə qədər deyilməsə də, bu felyetonlar onu göstərən bir faktordu ki, Üzeyir bəyin jurnal ilə birbaşa yaradıcılıq əlaqəsində olub. "On il" felyetonu "Molla Nəsrəddin" jurnalının 7 noyabr 1927-ci il tarixli 45-ci sayında "Bir nəfər" təxəllüsü ilə çap olunub.