PDF Oxu

Mədəniyyət

  • 13

Şotlandiyada Azərbaycan sənəti

Şotlandiyada Azərbaycan sənəti
Şotlandiyada Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə məşhur azərbaycanlı rəssam Ələkbər Rzaquliyevin qrafik əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgi Lang Byre Gallery qalereyasında təşkil olunub. Qeyd edək ki, Bakıda anadan olan Rzaquliyev rəssamlıq istedadını kiçik yaşda nümayiş etdirib. 1925-28-ci illərdə o, Moskva İncəsənət Kollecini bitirib, ondan sonra Bakıya qayıdıb. 1936-ci ildə Rzaquliyev Stalin repressiyası zamanı ilk həbs olunanlar arasında olub. Bu dövrdə 70 min azərbaycanlı sovet hökuməti tərəfindən pantürkist ideyaları yaymaqda günahlandırılaraq öldürülüb və ya sürgünə göndərilib. Ömrünün 23 ilini o, sürgündə keçirib. Onun əsərlərində 20-ci əsrin əvvəllərində Bakıdakı həyat və onun sürgün olunduğu yerlər təsvir olunub. Həmin tədbirdən sonra Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Səbinə Rakçeyevanın ansamblının konserti keçirilib. Səbinə Rakçeyeva Nyu-Yorkdakı Culliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunudur.

Digər xəbərlər