PDF Oxu

Mədəniyyət

  • 11

"Sahə" filminin çəkilişləri yekunlaşıb

"Sahə" filminin çəkilişləri yekunlaşıb
"Nərimanfilm" kinostudiyasında istehsal olunan "Sahə" bədii tammetrajlı filminin istehsalı başa çatıb. Bu barədə kinostudiyadan məlumat verilib. Ssenari müəllifi və rejissoru İlqar Safat olan filmdə məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışlır. Film Azərbaycan və Gürcüstanın müştərək istehsalıdır, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Filmin quruluşçu operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur. Filmin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır.

Digər xəbərlər