PDF Oxu

Mədəniyyət

  • 23

"CATA-2010" Beynəlxalq Turizm Sərgisi

"CATA-2010" Beynəlxalq Turizm Sərgisi
GUAM-ın baş qərargahında GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində tərəflərin turizmin inkişafı ilə əlaqədar görüşü keçirilib. Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, təşkilatın proqramlarının əlaqələndiricisi Səbuhi Temirov və digər şəxslər iştirak ediblər. Yaponiya tərəfini bu ölkənin Ukraynadakı səfirliyinin əməkdaşı D.Kitade, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşı Y.Dou və Təkamül Turizm İnstitutunun professoru T.Kobayaşi təmsil ediblər. Görüşdə Tokioda keçiriləcək Ümumdünya turizm sərgisində birgə iştirakı və digər məsələlər müzakirə olunub. Məlumat üçün bildirək ki, sözügedən sərgi sentyabrın 24-26-da Yaponiyanın paytaxtı Tokioda baş tutacaq "CATA-2010" Beynəlxalq Turizm Sərgisidir. Bu sərgidə iştirak etmək üçün 45 kvadratmetrlik lövhə icarəyə götürülüb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin üç nəfər əməkdaşı, "Cəngi" folklor və rəqs qrupunun üzvləri və üç turizm şirkətinin əməkdaşı iştirak edəcək. Azərbaycanın 4-cü dəfə qatılacağı sərgidə ölkəmizin turizm potensialı ingilis və yapon dillərində hazırlanmış reklam-çap məhsulları ilə nümayiş etdiriləcək.

Digər xəbərlər