Məmməd Rahimin fotosənədləri aşkar edilib
Azərbaycanın xalq şairi Məmməd Rahimin ötən əsrin 50-ci illərində Litvanın Trakay şəhərində təşkil edilən tədbirlərdə iştirakı ilə bağlı maraqlı fotosənədlər aşkar edilib. Azərbaycan Dövlət Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 5 nüsxədən ibarət olan bu fotosənədlərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycan Dövlət Film Fondu və Litva Milli Kino Arxivi arasında danışıqlar aparılır.