PDF Oxu

Mədəniyyət

  • 8

Koroğlu" operası oynanılacaq

Koroğlu" operası oynanılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 19-da 102-ci mövsümünü açacaq. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Mövsümün açılışında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş etdiriləcək. Tamaşanın nümayişi Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunacaq. Bundan başqa Akademik Opera və Balet Teatrının rəsmi internet saytı da hazırlanır. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan internet portalının üzərində tamamlanma işləri aparılır. Saytda teatrda baş verən bütün yeniliklər, eləcə də, nümayiş olunacaq tamaşalar haqqında məlumatlar yer alacaq.

Digər xəbərlər