PDF Oxu

Mədəniyyət

  • 18

Respublika iqtisadiyyatında turizm prioritet sahəyə çevrilib

Respublika iqtisadiyyatında turizm prioritet sahəyə çevrilib
Son illər Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"nın 2.3.8 bəndinin müddəalarına əsasən, ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə 27 Sentyabr Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində cari ilin sentyabr ayının 3-5 tarixlərində "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun həyata keçirməsi nəzərdə tutulub. Marşrut Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional Off-Roaderlər Klubunun təşkilatçılığı, MBASK sığorta şirkətinin, "İnter Diaqnostika" tibb mərkəzinin, "Nazlı Bulaq" istirahət mərkəzi və "Dağlar Qoynunda" ailəvi istirahət mərkəzinin dəstəyi, "Xəzər Fast Food" kafesinin və "Red Bull"un sponsorluğu ilə həyata keçiriləcək. Avto Safaridə daxili turizmlə məşğul olan turizm şirkətlərinin nümayəndələri ilə yanaşı, KİV nümayəndələri də iştirak edəcək. Tədbir sentyabrın 3-də Azadlıq meydanında KİV əməkdaşlarının iştirakı ilə start götürəcək.

Digər xəbərlər