PDF Oxu

Mədəniyyət

  • 9

"Sərhədləri aşan qardaşlıq" II Beynəlxalq Ramazan Festivalı

"Sərhədləri aşan qardaşlıq" II Beynəlxalq Ramazan Festivalı
Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi "Sərhədləri aşan qardaşlıq" devizi altında təşkil edilən II Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov çıxış ediblər. Məlumata görə, tədbirin bədii hissəsində nümayiş etdirilən Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti ankaralıların alqışları ilə qarşılanıb. Tədbir iştirakçıları festival meydanında açılan Azərbaycan guşəsi ilə də tanış olublar. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanıb.

Digər xəbərlər