"Dulusçu" tamaşası nümayiş olunacaq
Sentyabrın 26-da Dövlət Pantomima Teatrında "Dulusçu" tamaşası nümayiş olunacaq. Tamaşa dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə oynanılacaq. Çünki "Dulusçu" Üzeyir Hacıbəylinin "Biz nə tövr iş görürük" felyetonu əsasında tamaşaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rollarda Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları iştirak edir.
Qeyd edək ki, "Dulusçu" 2002-ci ildə dövlət sifarişi ilə səhnələşdirilib. Artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yeri tutur.