PDF Oxu

Mədəniyyət

  • 24

Azərbaycanda "Nar bayramı" keçiriləcək

Azərbaycanda "Nar bayramı" keçiriləcək
"Göyçay İnkişaf Mərkəzi" İctimai Birliyi (İB) Türkiyədə fəaliyyət göstərən Sivil Toplum Dəstəkləmə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nar bayramını beynəlxalq səviyyədə qeyd etməyi qarşılarına məqsəd qoyublar. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, bununla bağlı hər iki təşkilatın sədrləri aprel ayında Ərzurum şəhərində qarşılıqlı memorandum imzalayıb. Həyata keçiriləcək "Bir dünya, min millət" layihəsində Azərbaycan, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya, Ukrayna və Türkiyədən 7 gənclər təşkilatı və 50 gənc iştirak edəcək. "Könüllülük" və "Gələcək üçün gənclik" mövzularında reallaşacaq 7 günlük layihə çərçivəsində bütün iştirakçı ölkələrin, eləcə də, Göyçayın gəncləri bir araya gələcəklər. Layihənin internet səhifəsi beynəlxalq səviyyədə yayımlanacaq, həmçinin, afişa, broşür, kitabça və digər vasitələr nəşr ediləcək. Layihə haqqında informasiya çap materialları vasitəsilə 7 ölkədə yayılacaqdır. Sentyabrın 6-da Göyçay şəhər Heydər Əliyev Muzeyində keçiriləcək görüşdə layihənin təqdimatı olacaq.

Digər xəbərlər