PDF Oxu

Mədəniyyət

  • 18

Milli Kinematoqrafiyaların Forumu keçiriləcək

Milli Kinematoqrafiyaların Forumu keçiriləcək
Avqustun 28-dən sentyabrın 3-dək Moskvada Milli Kinematoqrafiyaların Forumu keçiriləcək. Forumu Kinematoqrafçılar İttifaqları Konfederasiyası MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil etmişdir. Tədbirin proqramına Azərbaycan, Belarus, Qazaxıstan, Litva, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniya kinematoqraflarının 10 tammetrajlı bədii filmi daxil edilmişdir. Azərbaycan rejissoru Rüstəm İbrahimbəyov "Kabusun gözü ilə" filmini təqdim etmişdir. Mərkəzi Kino Evində keçiriləcək açılış mərasimində MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov iştirak edəcək.

Digər xəbərlər