Hüseyn Seyidzadənin 100 illik yubileyi keçiriləcək
Azərbaycan Dövlət Film Fondu görkəmli Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Yubileyin Hüseyn Seyidzadənin ad günü ərəfəsində, oktyabr ayının əvvəllərində keçirilməsi nəzərdə tutulur. Yubiley çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılır. Qeyd edək ki, Azərbaycan kinematoqrafiyasına böyük töhfələr vermiş rejissorun işləri sırasına "O olmasın, bu olsun", "Koroğlu", "Qaynana" və bir çox başqa filmlər aiddir.