“Qızıl qaval” Beynəlxalq Televiziya Verilişləri və Filmləri Festivalı
"Qızıl qaval" XIV Beynəlxalq Televiziya Verilişləri və Filmləri Festivalında ölkəmiz də iştirak edəcək. Bu ilin oktyabrında Xanti - Mansiysk şəhərində keçiriləcək festivalda Azərbaycanı Tahir Əliyevin "Təxəllüsü Mixaylo" filmi təmsil edəcək. Festivalda iştirak edəcək əsərlərin seçim mərhələsi artıq başa çatıb. Müsabiqəyə 11 ölkədən 311 televiziya verilişi və filmi təqdim olunub. Onlardan cəmi 70-i festivala qatılacaq. Festival "publisistika", "art video", "sənədli film", "sənədli serial", "tarix və mədəniyyət" də daxil olmaqla 10 nominasiya üzrə keçiriləcək. Ekspertlər Şurası tərəfindən festivala daha bir nominasiya da daxil edilib - "Qələbənin 65 illiyinə". Ölkəmiz məhz bu nominasiyada iştirak edəcək.