PDF Oxu

Mədəniyyət

  • 13

"Zəfəran" Milli Kino və Televiziya mükafatı

"Zəfəran" Milli Kino və Televiziya mükafatı
Azərbaycanda ilk dəfə təsis olunan "Zəfəran" Milli Kino və Televiziya mükafatı oktyabr ayında sahiblərini tapacaq. Belə bir layihənin həyata keçirilməsi ideyası Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti, xalq artisti Eldar Quliyevə məxsusdur. Mükafatın təsis olunmasında əsas məqsəd Azərbaycan kinosunu inkişaf etdirməkdən, ölkədə istehsal olunan filmləri tamaşaçılara tanıtmaqdan, gələcək işlərində bir stimul olmaqdan ibarətdir. 17 nominasiya üzrə keçiriləcək müsabiqədə son 3 ildə istehsal olunan filmlər iştirak edə bilər. Mükafatın səsverməsi maksimum dərəcədə obyektiv və şəffaf şəkildə olacaq. Səsvermə prosesi "Deloitte" şirkəti tərəfindən həyata keçiriləcək. Mükafatların təqdimetmə mərasimi isə Heydər Əliyev Sarayında möhtəşəm şəkildə baş tutacaq.

Digər xəbərlər