PDF Oxu

Mədəniyyət

  • 11

"Yay məktəbi" layihəsinə yekun vurulub

"Yay məktəbi" layihəsinə yekun vurulub
"Yeni İpək yolu" mövzusuna həsr edilmiş "Yay məktəbi" layihəsi başa çatıb. Bu layihə çərçivəsində tanınmış jurnalist Tomas Holç bir qrup tələbə ilə birgə Azərbaycanın regionlarına səfər edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, səfər zamanı qonaqlar Qobustan Milli Parkı və Suraxanıdakı atəşpərəstlər məbədi, Sanqaçal terminalı ilə tanış olulbar, bərpa edilmiş neft mədənlərinin ərazisində ağac əkmə aksiyasında iştirak ediblər. Daha sonra layihə iştirakçıları Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçiriblər. Xarici işlər nazirinin müavini Araz Əzimov qonaqlara Dağlıq Qarabağ haqqında ətraflı məlumat verib. Amerikalı tələbələr xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla Qubada ekologiya və ətraf mühitin qorunmasına dair məsələləri müzakirə edib, Milli Şahdağ Parkında, Qəbələdə, Tovuzda olublar, həmçinin, cəbhə xəttində yerləşən kəndləri, Gəncə və Bərdədə yerləşən qaçqın düşərgələrinə səyahət ediblər.

Digər xəbərlər