PDF Oxu

Mədəniyyət

  • 22

Azərbaycan təmsilçilərinə "Qran-pri" təqdim edilib

Azərbaycan təmsilçilərinə "Qran-pri" təqdim edilib
Xəbər verdiyimiz kimi, Türkmənistanda "Avaza" ənənəvi beynəlxalq musiqi festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Səbuhi İbayev və Muğam Teatrının solisti Almaz Orucova təmsil edib. Beynəlxalq musiqi festivalında Azərbaycanla yanaşı ABŞ, Hindistan, İran, Tacikistan, Özbəkistan, Türkiyə və digərləri də daxil olmaqla 21 ölkə iştirak edib. Azərbaycanlı musiqiçilər festivalın açılışında çıxış ediblər və çıxışlarına "Çahargah" muğamı ilə başlayıblar. Daha sonra isə onlar bəstəkar Şəfiqə Axundovanın "Mehriban olaq" mahnısını ifa ediblər. Bu il festival çərçivəsində ancaq üç "Qran-pri" mükafatı təsis edilib. "Qran-pri" ilk olaraq azərbaycanlı təmsilçilərə təqdim edilib. Festivalın "Qran-pri" mükafatından və diplomundan başqa, Türkmənistanın sazı, milli geyimləri, eləcə də, xalça hədiyyə olunub.

Digər xəbərlər