PDF Oxu

Mədəniyyət

  • 14

"Miras" sənədli filminin çəkilişləri başa çatıb

"Miras" sənədli filminin çəkilişləri başa çatıb
"Bir addım" kinostudiyası "Miras" sənədli filminin çəkilişlərini başa çatdırıb. 12 dəqiqəlik filmin çəkilişləri Masazır qəsəbəsinə yaxın olan Duz gölü ətrafında iki gün ərzində aparılıb. Filmin əsas qəhrəmanı uşaqlıqdan atasının yanında Duz gölündə işləyən 9-cu sinif şagirdi Əlidir. "Miras" sənədli filminin ssenari müəllifi Esmira Əyyub, quruluşçu rejissoru Fariz Əhmədov, operatoru Fərid Şamiloğlu, səs rejissorları Elşən Aslanzadə, prodüserləri Zakir Musayev və Rəşad Qasımovdur. Filmin nümayişinin yaxın vaxtlarda həyata keçiriləcəyi nəzərdə tutulur.

Digər xəbərlər