Kitabxanalar arasında memorandum imzalanacaq
Azərbaycanın Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və İsveçin Qottenberq şəhər kitabxanası əməkdaşlıq edəcək. Belə ki, iki kitabxana arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur. Artıq hər iki kitabxana rəhbərliyi arasında memorandumun hazırlanması barədə razılıq əldə edilib. Bununla yanaşı, İsveçin Qottenberq şəhər kitabxanasında "Azərbaycan guşəsi" yaradılacaq. Bu məqsədlə kitabxanaya Azərbaycandan kitab və elektron nəşrlərin göndərilməsi planlaşdırılır.