PDF Oxu

Mədəniyyət

  • 14

"Bir batalyonun tarixi" kitabının təqdimatı keçiriləcək

"Bir batalyonun tarixi" kitabının təqdimatı keçiriləcək
Qusar rayon Mədəniyyət sarayında avqustun 21-də hüquqşünas-alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazovun "Bir batalyonun tarixi" kitabının təqdimatı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kitab Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq hazırlanmışdır. Kitab C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Azərbaycan Milli Ordusuna həsr olunmuş layihəsi çərçivəsində nəşr edilib. Yeni nəşrin hazırlanmasında və materialların toplanmasında Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Quba rayon şöbəsi, Quba rayon Mədəniyyət və Turizm Şöbəsi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi iştirak etmişlər.
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa müraciətindən sonra təşkil olunmuş Quba-Qusar könüllülərindən ibarət batalyonun yaranması, erməni təcavüzkarlarına qarşı batalyon igidlərinin ölüm-dirim mübarizəsi, sıravi əsgərdən tutmuş zabitə kimi hər bir döyüşçünün düşmənə nifrət hissi ilə torpaqlarımızın qorunması uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapıb.

Digər xəbərlər