Kitabxana sistemində yeni texnologiyalar tətbiq olunacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar kitabxanalara xüsusi tapşırıqlar verib. Təqdim olunan təkliflər iki həftə ərzində nazirlikdə müzakirə ediləcək. Kitabxana sisteminin rəqəmsal daşıyıcılara köçürülməsi və kataloqlaşdırılması məqsədilə "Azərbaycan kitabxanaları" adlı yeni portal yaradılacaq.