PDF Oxu

Mədəniyyət

  • 15

Gənclərin Beynəlxalq Folklor Festivalı keçiriləcək

Gənclərin Beynəlxalq Folklor Festivalı keçiriləcək
Avqustun 21-dən 30-dək İtaliyada Gənclərin Beynəlxalq Folklor Festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, festivalın direktoru Karlo Devoti "COİFF" təşkilatının Azərbaycan nümayəndəliyinə müraciət edərək, Azərbaycandan olan folklor qrupunun da festivalda iştirak etməsi üçün İtaliyaya dəvət edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu dəvəti dəyərləndirərək təklifi qəbul edib. İdarənin dəstəyi ilə "Aysel-Buta" folklor qrupu festivalda iştirak edərək, öz milli rəqsləri ilə Azərbaycanı təmsil edəcək. Qeyd edək ki, festival iştirakçıları İtaliyaya bu gün yola düşəcək.

Digər xəbərlər