PDF Oxu

Mədəniyyət

  • 14

“Muzey və Mədəni Turizm" Forumu

“Muzey və Mədəni Turizm" Forumu
Bu gün mədəni turizm sektoru hər bir ölkənin və regionun tarixi, mədəni və ya coğrafi baxımdan görməli yerlərinə səfərləri əhatə edir və turizmin ən populyar və geniş yayılmış növlərindən biri sayılır. Mədəniyyət və Turizm Nazirliyinin muzey şöbəsinin rəhbəri Azadə Hüseynova, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Əminə Məlikova Batumi şəhərində keçirilən və Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Gürcüstan Beynəlxalq Muzeylər Təşkilatı Komitəsi, Gürcüstan Təhsil Nazirliyi, Acarıstan Muxtar Respublikasının Mədəniyyət və İdman Nazirliyi və Qafqaz Fondu tərəfindən təşkil edilmiş beynəlxalq "Muzey və Mədəni Turizm" Forumunda iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyini mətbuat xidmətindən verilən məlumata görə, sözügedən konfransda, həmçinin, Acarıstan təhsil, mədəniyyət və idman nazirinin müavini Aida Abuseridze, Beynəlxalq İCOM Təşkilatının vitse-prezidenti Virgil Stefon Nitulesko, Gürcüstan İCOM Milli Komitəsinin prezidenti İnqa Karaya və dünya muzey ictimaiyyətinin digər tanınmış xadimləri də iştirak ediblər. Forum iştirakçıları və muzey peşəkarları ziyarətçilər üçün müasir xidmət metodlarının mədəni turizmə daxil edilməsini və onun inkişafı üçün infrastrukturun yaradılması kimi məsələləri müzakirə ediblər. Bu tədbirin əsas məqsədi Avropa və Qafqaz muzeyləri arasında yaxın əlaqələrin qurulması və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsidir.

Digər xəbərlər