PDF Oxu

Mədəniyyət

  • 10

"Vestnik aktualnıx proqnozov" jurnalında Azərbaycan həqiqətlərindən bəhs olunur

"Vestnik aktualnıx proqnozov" jurnalında Azərbaycan həqiqətlərindən bəhs olunur
Moskvada çıxan populyar "Vestnik aktualnıx proqnozov" jurnalında, mədəni strategiya və sosial siyasət şöbəsinin müdiri Lyudmila Lavrovanın "Mədəniyyət evi" ("Dom kulturı") rubrikasında istedadlı Azərbaycan yazıçısı Zaur Akifoğlunun "Qız və canavar" adlı kitabına resenziya dərc edilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, kitabda erməni separatçıların əsir götürdüyü Nigar adlı gənc qızın və taleyin hökmü ilə onun yanına gəlib çıxmış qoca Qurdun başına gələn hadisələrdən bəhs edilir. L.Lavrova elə həmin rubrikada görkəmli Azərbaycan şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi münasibətilə Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evində Azərbaycan Yazıçılar Birliyinin sədri, Rəsul Rzanın oğlu, Rusiyada yaxşı tanınan və sevilən yazıçı Anar başda olmaqla Azərbaycan ədəbiyyatçılarından ibarət böyük nümayəndə heyətinin iştirakı ilə keçirilmiş yubiley tədbirləri barədə ətraflı hesabat da təqdim edib.

Digər xəbərlər