PDF Oxu

Mədəniyyət

  • 10

"Gənclər bu gün" beynəlxalq görüş-seminar keçiriləcək

"Gənclər bu gün" beynəlxalq görüş-seminar keçiriləcək
Cari ilin 16-20 avqust tarixlərində "Gənclər bu gün" adlı beynəlxalq görüş-seminar Bakı şəhərində yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə daxil olan məlumata görə, tədbirdə teatr, kino və moda sahələri üzrə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belarusdan da yaradıcı gənclər iştirak edəcəkdir. Seminar müddətində qeyd edilən sahələr üzrə müzakirələr aparılacaq, sərgilər və moda nümayişi təşkil olunacaq, filmlər göstəriləcəkdir. Bundan başqa yerli və əcnəbi mütəxəssislərin gənclərlə ustad dərsləri planlaşdırılır. Novxanı "Aqua park" istirahət mərkəzində planlaşdırılan seminar ardıcıllıqda təşkil olunacaq. Belə ki, teatr rejissorluğu sahəsində yaradıcı gənclərin diskussiyaları, A.S.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının rejissoru İsgəndər Sakayevin ustad dərsləri, Gürcüstan və Azərbaycan Kukla Teatrı aktyorlarının çıxışları, kinorejissorluq mövzusunda debatlar, gənc rejissorların filmlərinin nümayişi, əməkdar incəsənət xadimi Yavər Rzayevin ustad dərsləri, Rəssamlıq Akademiyasının geyim, dizayn kafedrasının müdiri, dosent Nazim Yunusovun iştirakı ilə müasir və milli moda ənənələri haqqında müzakirələrin aparılması, gənc modelyerlərin işlərinin nümayiş etdirilməsi, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun ustad dərsləri və s. nəzərdə tutulub.

Digər xəbərlər