PDF Oxu

Mədəniyyət

  • 20

"Mənim ən yaxşı səyahət şəklim" müsabiqəsi

"Mənim ən yaxşı səyahət şəklim" müsabiqəsi
"Azərbaycan-bmi" şirkəti və "Photoclub Azərbaycan" fotojurnalistlər və media ilə əməkdaşlıq edən ştatdankənar fotoqraflar üçün "Mənim ən yaxşı səyahət şəklim" müsabiqəsi keçirir. Müsabiqəyə qatılmaq üçün iştirakçılar səyahət zamanı çəkdikləri ən yaxşı bir fotoşəkli müsabiqəyə təqdim etməlidirlər. Şəkil Azərbaycanda yaxud xaricdə səyahət zamanı çəkilmiş olmalı və səyahət epizodunu əks etdirməlidir. Müsabiqənin qalibi sentyabrda "Azərbaycan-bmi" şirkəti ilə birgə Londona üçgünlük səfər etmək hüququ qazanacaq. Uçuş xərcləri, aeroport vergiləri, viza xərcləri və Londonda iki gecəlik otel xərcləri şirkət tərəfindən ödəniləcək. Səfərini başa vurduqdan sonra müsabiqənin qalibi London səfəri haqda fotoreportaj hazırlamalıdır. Fotoreportaj müsabiqə qalibinin çalışdığı media orqanında çap edilməlidir. Müsabiqə avqustun 31-ində yekunlaşacaq.

Digər xəbərlər