PDF Oxu

Mədəniyyət

  • 10

"Ona gələcəyi bağışla" adlı xeyriyyə gecəsi baş tutacaq

"Ona gələcəyi bağışla" adlı xeyriyyə gecəsi baş tutacaq
Avqustun 15-də "Buta art Club" da "Ona gələcəyi bağışla" adlı xeyriyyə gecəsi baş tutacaq. Təşkilatçıların verdiyi məlumata görə, aksiya xarakterli tədbirdə Azərbaycanın bir çox tanınmış şou-biznes ulduzları da iştirak edəcəklər. Gecə boyu tamaşaçılar Samira, "Eurovision - 2010" müsabiqəsinin iştirakçısı Məryəm Şabanova, "Milan" qrupu, Ayaz Qasımov, Xəyyam və digər ulduzlarımızın ifasını dinləyə biləcəklər. Qeyd edək ki, tədbirdən əldə edilən vəsait medulloblastoma (onkaloji) xəstəliyindən əziyyət çəkən 13 yaşlı Sumqayıt sakini Tural Daşdəmirovun müalicəsinə sərf olunacaq. Elə həmin gün "Hezz" klubda digər bir xeyriyyə konserti keçiriləcək. Gecədə əməkdar artist Tünzalə Ağayeva, Samira, "Dəyirman" qrupu və digər sənətçilər iştirak edəcək. Bu konsertdən yığılan bütün vəsait isə kimsəsiz uşaqlar üçün yay düşərgəsinin təşkilinə sərf olunacaq.

Digər xəbərlər