PDF Oxu

Mədəniyyət

  • 13

Sabantuy Tatar Milli bayramı qeyd olunub

Sabantuy Tatar Milli bayramı qeyd olunub
Bakıda "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti və Tatarıstanın Bakıdakı daimi nümayəndəliyinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı Səfirliyinin və Nizami rayon icra hakimiyyətinin dəstəyi ilə Sabantuy Tatar Milli bayramı qeyd olunub. Nizami rayonundakı Heydər Əliyev parkında keçirilən bayram şənliyinin əvvəlində Azərbaycanın, Tatarıstanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu oxuyub. Tatarıstan prezidenti tatar xalqının Sabantuyu milli birliyinin rəmzi adlandıraraq, əsrlər boyu nəsildən-nəsilə keçən bu ənənələrin tatar xalqının mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd edib. Daha sonra "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Gülcan Myasoutova tədbirin təşkilində köməyə görə Azərbaycan hökumətinə, Nizami rayon icra hakimiyətinə minnətdarlığını bildirib. Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər