Səfurə Əlizadə "Festival Mainz" musiqi festivalında çıxış edib
"Avroviziya - 2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə Almaniyanın Mayns şəhərində keçirilən "Festival Mainz" musiqi festivalında çıxış edib. O, "İts my war" albomundan 8 kompozisiya ifa edib. Azərbaycan müğənnisinin çıxışı onun Avropada çıxacaq ilk albomunu dəstəkləyən reklam turu çərçivəsində baş tutub.