PDF Oxu

Mədəniyyət

  • 5

“Ritm Production" kino şirkətinin 5 illiyi münasibətilə 5 dəqiqəlik film ssenariləri müsabiqəsi elan olunub

“Ritm Production" kino şirkətinin 5 illiyi münasibətilə 5 dəqiqəlik film ssenariləri müsabiqəsi elan olunub
"Ritm Production" kino şirkətinin direktoru Xaqani Həşimovun verdiyi məlumata görə şirkətin fəaliyyətinin 5 illiyi münasibətilə bu ilin iyun ayında tələbə və gənclər arasında 5 dəqiqəlik film ssenariləri müsabiqəsi elan olunmuşdu. Şərtlərə əsasən ssenarilər 5 iyul 2010-cu il tarixinə qədər qəbul olunurdu və qaliblər 5 avqustda elan olunmalı idi. X.Həşimov təəssüflə qeyd etdi ki, bəlkə də isti yay ayları olduğundan gənclər aktivlik göstərmirlər. Cəmi 14 ssenari təqdim olunub. Bunların içərisindən 5 yaxşı ssenari seçmək çətinlik yaradır. Ona görə də komissiya ssenari qəbulu vaxtını 5 sentyabra qədər artırmaq qərarına gəlmişdir. Qeyd edək ki, ən yaxşı 5 ssenari şirkətin daxili imkanları hesabına ekranlaşdırılacaq. Qalib ssenarinin müəllifi rejissordursa, filmin çəkilişləri də ona həvalə ediləcək. Çəkilmiş filmlər Azərbaycan təqdimatından sonra dünya kino festivallarına çıxarılacaq.

Digər xəbərlər