PDF Oxu

Mədəniyyət

  • 14

Aşıq yaradıcılığı gecəsi keçiriləcək

Aşıq yaradıcılığı gecəsi keçiriləcək
Azərbaycanın İrandakı Səfirliyində aşıq yaradıcılığı gecəsi reallaşıb. Gecədə İranın Təbriz, Zəncan, Miyan şəhərlərinin, eləcə də, Qaradağ və Muğan bölgəsinin tanınmış türkdilli şair, yazıçı və aşıqları iştirak ediblər. Yaradıcılıq gecəsində çıxış edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ölkəmizdə aşıq sənətinin tarixindən və müasir inkişaf meyillərindən söhbət açıb. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin də bu sahəni daim diqqət mərkəzində saxladığını deyən diplomat bunun nəticəsində 2009-cu ilin payızında Azərbaycan aşıq sənətinin YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladıb. Aşıq musiqisinin həmişə maraqla izlənildiyini və sevildiyini diqqətə çatdıran səfir tədbir iştirakçılarına Azərbaycanda aşıq sənətinin qorunub-saxlanılması və təbliğ edilməsi istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib. Gecədə xalq dastanları, rəvayətləri söyləyən aşıqlar arasında maraqlı deyişmələr, bağlamalar olub. İlk dəfə olaraq "Dədə Qorqud" dastanının Qaraca Çoban boyundan epizodlar, səhnəciklər nümayiş etdirilib.

Digər xəbərlər