PDF Oxu

Mədəniyyət

  • 8

"Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsi həyata keçiriləcək

"Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsi həyata keçiriləcək
Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir. YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsi həyata keçiriləcəkdir. Layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda il ərzində "Milli-mədəni həmrəylik" mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin hazırlanması, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürlərin nəşr edilməsi, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası"na qoşulmuşdur. Bu konvensiya cari ilin 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir.

Digər xəbərlər