TÜRKSOY Gənclik Orkestri İstanbulda keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, TÜRKSOY tərəfindən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Başqırdıstan və Tatarıstan konservatoriyalarının tələbələrindən ibarət Beynəlxalq Gənclik Kamera Orkestri yaradılmışdır. Hal-hazırda 18 tələbədən ibarət orkestr Ankarada məşqlərə davam edir. 2 avqust 2010-cu il tarixdə Ankarada musiqiçi və dirijor Fuad Mansurovun xatirəsinə həsr olunmuş konsert keçirildi. 4 avqust tarixində isə TÜRKSOY gənclik orkestri İstanbulda keçiriləcək və beynəlxalq Gənclik Orkestrlərinin Festivalında konsert verəcəkdir. Dirijor Kurmanqazı adına Almatı Milli Konservatoriyasının professoru Anvar Akbarovdur. Azərbaycanı Nigar İbrahimova, Mustafa Mehmandarov və Üzeyir Mahmudbəyli təmsil edirlər.