"Bakı Caz Festival"ı dünyanın ən irimiqyaslı festivallarından olacaq
Oktyabr ayının 16-dan 30-dək Bakıda "Bakı Caz Festival"ı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin və "SWEET PRODUKTİON"un təşkilatçılığı ilə reallaşacaq. Bu festival dünyanın ən irimiqyaslı festivallarından biri olacaq. Festivalda Azərbaycan ilə yanaşı, əcnəbi caz ifaçıları da iştirak edəcək. İştirakçılar arasında Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio, Erik Vloeimaens, Diane Rives, eləcə də, Jazzamor və Şakatak qrupları var.
Qeyd edək ki, Beynəlxalq Caz Festivalı artıq ikinci dəfədir ki, Bakıda keçirilir. Sözügedən festival, bu il olduğu kimi, ötən il də oktyabr ayında baş tutmuşdu.