PDF Oxu

Mədəniyyət

  • 7

Hacı Xalidə Nikolay Rubtsov adına Birinci Beynəlxalq Müsabiqənin mükafatı təqdim olunub

Hacı Xalidə Nikolay Rubtsov adına Birinci Beynəlxalq Müsabiqənin mükafatı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyində şair Hacı Xalidə məşhur rus şairi Nikolay Rubtsov adına Birinci Beynəlxalq Müsabiqənin mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir. Moskva Yazıçılar İttifaqının katibi Lola Zvonaryeva mükafatı təqdim edərkən demişdir: "Şair Yuri Kuznetsovun mənə dediklərini yaxşı xatırlayıram. O deyirdi ki, rəhbərlik etdiyim poeziya kurslarında 24 tələbə və bir şair - Hacı Xalid vardır". Lola Zvonaryeva bildirmişdir ki, bu yaxınlarda Moskvada N.Rubtsov adına beynəlxalq müsabiqə başa çatmışdır. Müsabiqədə Azərbaycan ədəbiyyatının təmsilçiləri qalib adını qazanmışlar. Onlardan biri şeirləri, Vısotskidən və Tyutçevdən tərcümələri "Zvezda poley" ("Səhranın ulduzu") almanaxında dərc edilmiş şair Hacı Xaliddir. L.Zvonaryeva Hacı Xalidə diplom, "Zvezda poley" almanaxını, eləcə də, azərbaycanlı ədibin iki dəfə "Zolotaya kist" ("Qızıl fırça") mükafatının laureatı, Moskvanın orta nəsil rəssamlarına mənsub olan Natalya Bajenova tərəfindən çəkilmiş portretini təqdim etmişdir.

Digər xəbərlər