PDF Oxu

Mədəniyyət

  • 10

Respublika sərgi-seminarı keçirilir

Respublika sərgi-seminarı keçirilir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət respublika sərgi-seminarı keçirilir. Nazirliyin incəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev bildirib ki, bir neçə mərhələdən ibarət sərgi-seminara bu ilin iyunundan bölgələr üzrə başlanıb. İndiyədək Gəncə, Balakən, Cəlilabad və Şabranda həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərinin sərgisi təşkil olunub. Növbəti sərgi-seminar avqustun 4-dən 6-dək Sumqayıt şəhərində reallaşacaq. Yekun tədbir isə sentyabr ayında Bakıda keçiriləcək. Bəyənilən əsərlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskva şəhərində təşkil ediləcək sərgidə nümayiş olunacaq.

Digər xəbərlər