PDF Oxu

Mədəniyyət

  • 16

Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə müsabiqə keçirilir

Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə müsabiqə keçirilir
Bakı Turizm-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə milli turizm mükafatı müsabiqəsi keçirilir. Mərkəzdən verilən məlumata görə, milli turizm mükafatı Azərbaycanda ölkədaxili və xarici turizmin inkişafını dəstəkləmək, həmçinin, turistlərə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini, turizm obyektlərinin peşəkarlığını, yaradıcılıq potensialını gücləndirmək üçün təsis olunmuşdur. Müsabiqədə idarə və təşkilatlar, turizm və mehmanxana biznesinin nümayəndələri, turizm sahəsində kadr hazırlığı ilə məşğul olan müəssisələr, ayrı-ayrı jurnalistlər və KİV-lər də iştirak edə bilərlər. Mükafatın laureatlarına diplom və xatirə nişanları təqdim olunacaqdır. Müsabiqədə iştirak etmək üçün lazım olan ərizə forması sentyabrın 1-dək Bakı Turizm-İnformasiya Mərkəzinə göndərilməlidir. Mükafat laureatlarının təltif edilməsi mərasimi 27 Sentyabr - Dünya Turizm Günündə keçiriləcəkdir.

Digər xəbərlər