PDF Oxu

Mədəniyyət

  • 22

Dünya musiqisevərlərinin diqqəti Qəbələ şəhərinə yönəlib

Dünya musiqisevərlərinin diqqəti Qəbələ şəhərinə yönəlib
Bu günlərdə dünya musiqisevərlərinin diqqəti Azərbaycana - Qəbələ şəhərinə yönəlib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Qəbələ 2-ci Beynəlxalq Musiqi Festivalının ilk günü konsert proqramları ilə yadda qalıb.
Tamaşaçılara əvvəlcə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Oqtay Zülfüqarovun "Bayram üverturası" təqdim olundu. Azad Əliyevin dirijorluğu ilə orkestr hər bir partituranın emosional məzmununu tamaşaçılara dəqiqliklə çatdırdı. Fikrət Əmirov və Elmira Nəzirovanın "Fortepiano və orkestr üçün konsert"i xalq artisti, professor Fərhad Bədəlbəylinin ifasında dinlənilib. Qəbələnin möhtəşəm təbiətində bu musiqinin yaratdığı işıqlı, nikbin ovqat musiqisevərlərdə xoş əhvali-ruhiyyə yaradıb. Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkarlarımızdan biri də Qara Qarayevdir. Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə dahi bəstəkarın "İldırımlı yollarla" baletindən 3 parça səslənib. Tanınmış musiqiçi Murad Adıgözəlzadənin ifasında Vasif Adıgözəlovun "Fortepiano və orkestr üçün konsert"i gecəyə xüsusi rəng qatıb. Musiqiçilərin ifası texniki imkanların sərbəstliyi, virtuoz pasajlar və iti templə seçildi. Bir sözlə, əsrarəngiz konsert gecəsi yaddaqalan olub.

Digər xəbərlər