İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Bakının tarixi-memarlıq qoruğu olan İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edib. 12 marka və bir poçt blokundan ibarət seriyada İçərişəhərdəki ən tanınmış tikililər təsvir olunub. Burada, Bakının rəmzi hesab olunan Qız qalası, Qala divarları, Məhəmməd məscidi, Qasım-bəy hamamı, Qoşa qala qapıları, Bazar meydanı və digər tarixi abidələr təqdim olunub. Markaların qiymətləri 0,10 və 0,60 qəpik, Şirvanşahlar sarayı və İçərişəhərin panoramı əks olunan poçt blokunun qiyməti isə 1 manat təşkil edir. Hər biri markanın tirajı 10 min ədəddir.