PDF Oxu

Mədəniyyət

  • 7

Gəncədə bir neçə tarixi abidə təmir olunacaq

Gəncədə bir neçə tarixi abidə təmir olunacaq
Avqustdan Gəncə şəhərində bir neçə tarixi abidənin təmirinə başlanılacaqdır. İlk növbədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin təmiri nəzərdə tutulur. Məqbərənin ətrafındakı döşəmədə yaranmış çatlar aradan qaldırılacaq, köməkçi otaqların dam örtükləri dəyişdiriləcək, fəvvarələr yenidən qurulacaqdır. Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, ikinci təmir olunacaq abidə XVIII əsrdə inşa edilmiş Uğurlu bəy karvansarasıdır. Artıq abidənin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işi başa çatdırılıb. Təmir işləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 500 min manat vəsait ayrılıb. Abidənin təmiri başa çatdırıldıqdan sonra bu məkan turistlər üçün ən maraqlı yerlərdən biri olacaqdır.

Digər xəbərlər