"Muzey-mədəni turizm" adlı beynəlxalq konfrans keçirilib
Batuminin (Gürcüstan) "Çao" mehmanxanasında "Muzey-mədəni turizm" adlı beynəlxalq konfrans keçirilib. Konfransda Avropa və Qafqazda 40-dan çox muzey işi ilə məşğul olan ekspertlər iştirak edir. Bu ekspertlərin içərisində Ukrayna, Türkiyə, Azərbaycan, Ermənistan, İnquşetiya və Dağıstandan, eyni zamanda digər ölkələrin muzeylərindən gələn nümayəndələr iştirak ediblər. Tədbir Gürcüstan və Acarıstan mədəniyyət nazirliklərinin maliyyə dəstəyi və təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçıları tədbirin ilk günündə "Mədəni turizmin həyata keçirilməsi və turistlərə müasir üsullarla xidmət və infrastrukturun inkişafı" məsələsinə baxıblar.