"Tərsinə çevrilmiş dünya"
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunan, xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında ekranlaşdırılan "Tərsinə çevrilmiş dünya" adlı filmin çəkilişləri yekunlaşıb. Filmdə Azərbaycan polislərinin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qüvvələrə qarşı birgə mübarizəsindən bəhs olunur. Filmdə məşhur iranlı aktyor Məhəmməd Firutən, xalq artistləri Fuad Poladov, Rasim Balayev və başqa artistlər çəkiliblər. Prodüserin sözlərinə görə, film dünya da qəbul olunmuş standartlara uyğun çəkilib. Məlumat üçün bildirək ki, "Tərsinə çevrilmiş dünya" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb. Filmin premyerasının bu ilin oktyabr - noyabr aylarında keçirilməsi nəzərdə tutulub.