Azərbaycanlı model ABŞ-ın Bruklin kollecində təhsil alacaq
"The Best model of the World" titulunu qazanmış azərbaycanlı model, hazırda Amerikada yaşayan Rüstəm Cəbrayılov bu ilin sentyabrında ABŞ-ın Bruklin kollecində təhsil alacaqdır. Onun kollecdə təhsil almasında məqsəd ingilis dilini mükəmməl mənimsəmək istəyidir. Həmyerlimiz xarici dili tamam öyrəndikdən sonra Amerikada məşhur rejissorlardan birinin filmində çəkiləcəkdir. R.Cəbrayılov uzaq ştatlarda model kimi də fəaliyyətini davam etdirəcəkdir.